Cartoon ships

hip hop,love, rap

August 11th, 2024suno

Lyrics

Həyat qəribədir, mən lap qəribəyəm Həyat dərs, mən dərsdən qaçan tələbəyəm Sən müəllimsən, mənə öyrətdin yalanı Bu tilsim, bu hisslər saxladı zamanı Bakı oldu oyuncaq şəhər, biz uşaq Həyat karusel, əyləncə, tamaşa Sən mənə öyrətdin səbəbsiz gülməyi Mən sənə öyrətdim dəli kimi sevməyi Həyat qəribəydi, biz lap qəribəydik Həyat dərs, biz dərsdən qaçan tələbəydik Gündüzlərdən isti idi bizim gecələr Cümlələr bir sözlü, sözlərimiz hecalar Mahnılar daha doğma, ruhumuz daha təmiz Susurdu dodaqlar, danışırdı gözlərimiz İndiki hisslərimiz ərimiş şam kimi Tapdaladın məni, qucaqladım izlərini Kağız gəmilər necə tab gətirsin bu qədər böyük dalğalara? Batanda kağız gəmilər uşaqlar başlayır onlara baxıb ağlama Sən də ağladın, son məktubunda yazanda sevmirsən məni Mənim də qəlbim sənin dəniz gözlərində kağızdan bir gəmi Həyat qəribəydik, biz lap qəribəydik Biz uşağıydıq, sadəlövh körpəydik Həyat aldadır, biz necə inanırdıq Axı deyirdi: dostlar, əsl sevgi nağıldı Biz arzu sahilində qumdan saraylar tikirdik Bütün dünyanın acığına ürəkdən sevirdik! Təyyarələr ayırırdı, yollar ayırırdı Uçurumlar arasında ipək körpülər çəkirdik Biz inanırdıq və bu inam bizi aparırdı Güc verirdi ümidlər və sevgimiz dayanırdı Pul, valideynlər, sərhədlər, qadağalar Biz uçurduq göylərdə, onlar aşağıda qalırdı Yadına gəlir düzəltmişdik kağızdan gəmi? İçində yazıb, sevirəm, mən sevirəm səni Bıraxdıq dənizə ki, o üzsün əbədi Ama gələn ilk dalğa batırdı gəmini Kağız gəmilər necə tab gətirsin bu qədər böyük dalğalara? Batanda kağız gəmilər uşaqlar başlayır onlara baxıb ağlama Sən də ağladın, son məktubunda yazanda sevmirsən məni Mənim də qəlbim sənin dəniz gözlərində kağızdan bir gəmi (x4) Kağız gəmilər necə tab gətirsin bu qədər böyük dalğalara? Batanda kağız gəmilər… Sən də ağladın… Sevmirsən məni… Sən..... sən sevmirsən məni.....

Recommended

Come Over
Come Over

alternative pop electronic

Rendez-vous au Ninkasi
Rendez-vous au Ninkasi

epic, riff incredible electric guitar, high notes, 90s, catchy

NO AGAIN
NO AGAIN

edm;r&b; dance;latin, alternative rock, electro, electronic, pop, drum and bass

Under the Stars
Under the Stars

edm synthwave slow-burn

Guerrero del Amor
Guerrero del Amor

gothic metal, female singer, guitar, romantic, piano

红五月的旋律
红五月的旋律

mandarin pop ballad

The Wide King
The Wide King

tropical house, male voice

CALDO PAZZO
CALDO PAZZO

Upbeat Italian summer pop with playful lyrics about cooling off in the summer heat, with sounds of water and fans.

Funky Wizard Showdown
Funky Wizard Showdown

Groovy epic power progressive electronic funk metal, piano, violin, jrpg boss ost

"Hayatta Yılmamak"
"Hayatta Yılmamak"

Drill rap hiphop rap trap rap

AGENCILLM.PL - 00020 - "Przyszłość Jedności" (AI)
AGENCILLM.PL - 00020 - "Przyszłość Jedności" (AI)

chillout, female rap polska,lo-fi,orginals, hyper glitch hop polska , synthwave, speed up, Down tempo,frequency

平成の黄昏
平成の黄昏

Taiwan folk song

Anak ku sayang
Anak ku sayang

Pop sad, piano, pop rock, guitar, orcestra, saxophone, melodic

Canvas of Spring
Canvas of Spring

Indie Folk.coustic guitar, soft piano, and gentle vocal harmonies.Reflective and melancholic

Wise Chap
Wise Chap

Afrobeats

Mind
Mind

Post punk, indie rock, atmospheric, restless, mysterious, electric guitar, electronic rock, 00s vibe